top of page
VEB SAYT HAZIRLANMASI
Yaşadığımız bu dövrdə hər hansı bir təşkilat, biznes, cəmiyyət və ya birliyin gələcək uğurlu addımlarını web-saytsız təsəvvür etmək çətindir. Müasir həyatın - müasir imkanlarından istifadə etmək, yəni veb sayt yaratmağınız üçün tam zamanıdır və bildirmək istəyirik ki, doğru ünvandasınız. Bizimlə əməkdaşlıq etməniz sizin planlarınıza yalnız müsbət təsir göstərəcək. Professional mütəxəssislərdən ibarət olan agentliyimiz ağlınıza gələ biləcək istənilən növ layihəni həyata keçirə bilər.
Saytların yaradılması mərhələləri
Sayt qurmaq sizi uğurlu gələcəyə aparan bir addımdır. Studiyamız tərəfindən tərtib edilən veb saytların arxitekturası professional "MVC Pattern" üslubunda qurulur. Saytların tez yüklənməsi və müasir standartlara uyğun olmasına zəmanət verilir.
İlk öncə sifərişçi ilə ətraflı olaraq qurulacaq olan layihə təhlil edilir və saytda olması gərəkən bütün imkanlar, əməliyyatlar, funksional və digər incəliklər qeydə alınır. Texniki tapşırıq formalaşdırılaraq saytın tam hazır olma zamanı və ehtiyyac duyulan məbləğ müəyyənləşdirilir. Məbləğin 50%-i ödənilir və veb-layihənin qurulması prosesi ekspert proqramçılardan ibarət komandamız tərəfindən qəbul edilir.
Unikal və yalnız sifarişçi üçün xüsusi hazırlanmış veb-dizayn studiyamızın təcrübəli əməkdaşları tərəfindən tərtib edilir. Burada saytın mövzusu, mövcud bazara uyğunluğu, rahat istifadə edilmə və trafikin artmasına bir başa təsir edəcək amillər əsas tutulur.
CMS (Content Management System) - Administrator mühiti və funksiyaları, bazaya istənilən növ informasiyaların əlavə edilməsi və silinməsi imkanları, saytın admin panel hissəsinə aid digər proseslərin həlli və s. kimi istənilən növ işlər - agentliyimiz tərəfindən həyata keçirilə bilər. Səhifənin rahat şəkildə idarə edilməsinin təşkili müasir dünya standartlarına və istifadəçi təcrübəsinə yönəlik qurulur.
Kontentin lazımi məlumatlarla hazırlanması, menu və kateoriyalar üzrə bütün səhifələrin yaradılması, həmin səhifələrin dizayna uyğun doldurulması tərəfimizdən yerinə yetirilə bilər.
Təhlükəsizliyin təmin edilməsi və onlayn hücümlardan qorunma scriptləri, "SQL-injection"-lara qarşı tətbiq edilən metodlar, spam və kross hücümlardan yayınma imkanları da mütləq şəkildə veb-layihəyə inteqrasiya edilir.
Səhifənin "cross-browser" texnikası ilə Internet Explorer, Firefox, Chrome, Safari, Opera və s. kimi brauzerlərə uyğunlaşdırılması tam nəzərə alınır.
Sayt hazır olduqdan sonra "Brandycal Digital Agency" texnikləri tərəfindən müəyyən test prosesləri keçir. Bura saytın tam validasiyası, kodlaşdırmada buraxılmış boşluqların aradan qaldırılması, texniki tapşırığın mükəmməl yerinə yetirilməsi və bir sıra digər məqamlar daxildir.
Sosial şəbəkə səhifələrinə bağlanma və keçidlərin yaradılması, şərh funksiyaları, "Like" "Recommend" "Share" "Tweet" "Follow" - kimi "button"-ların qoşulması təmin ediləcəkdir.
Saytın Google / Yandex kimi populyar axtarış sistemlərində qeydiyyatı və axtarış robotları tərəfindən səhifələrin indekslənməsi xidmətini aktiv edərək daim işlək vəziyyətdə təqdim edəcəyik.
Test mərhələsi bitdikdə veb səhifə artıq tam fəaliyyətinə başlayır. Məbləğin geridə qalan 50%-i odənilir və bu zaman səhifə rəhbərliyinə "quick-show" formatında tərəfimizdən qısa kurs keçilir. Kurs prezentasiya və saytdan istifadə qaydalarını özündə birləşdirir, təqribən 2-3 saat ərzində bitir və layihə təhvil verilir.
Diqqət! Arzuladığınız layihə və ya sizi maraqlandıran mövzu barədə çəkinmədən bizə dərhal yazın, ən qısa zamanda sizi maraqlandıran suallara cavab və qiymətlər haqqında ətraflı məlumat veriləcəkdir. Konsultasiya pulsuzdur! ƏLAQƏ!
bottom of page