top of page
SEO Optimizasiya Xidməti
SEO "Search Engine Optimization" - adından göründüyü kimi seo axtarış sistemi üzrə optimizasiya mənasını daşıyır. Bu opsiyalar sizin biznesinizin və ya hər hansı bir fəaliyyətinizin daha tez tanınmasına, hətta xidmət və satışlarınızın artmasına yol açır.
SEO Audit Xidməti
SEO optimallaşdırma əsas olaraq sizin xidmətin keyfiyyətini bildirir. Bu opsiyalar axtarış sisteminin qiqantları (Google-Yandex-Bing-Yahoo-Mail.ru və s.) tərəfindən qəbul edilir və sizin layihənin nə dərəcədə etibarlı resurs olduğundan xəbər verir. Əgər seo opsiyalarınız düzgün tənzimlənməyibsə və ya ümumiyyətlə tərtib edilməyibsə, sizin layihənizin inkşaf etməsi böyük sual altındadır.
SEO Audit - tərəfimizdən professional şəkildə təşkil edilərək, layihənin (veb saytın) kompleks yoxlanması prosesidir. Bu xidməti sifariş verdikdə siz, detallı şəkildə analiz edilmiş nəticələri əldə edirsiniz. Bu nəticələr əsasında saytınızın hal-hazırda olan vəziyyəti, boşluqları, unikallıq səviyyəsi, yanlış tərtib edilmiş hissələri, tamamlanması gərəkən kodların müəyyən edilməsi, istifadəçiləriniz və axtarış robotları üçün nəzərdə tutulan incəliklərin aşkarlanmasını - əldə edəcəksiniz. Xidmət haqqı işin həcminə müvafiq olaraq dəyişir. SEO Audit xidmətindən istifadə zamanı siz aşağıdakı yoxlamaları bonus olaraq əldə edəcəksiniz:
-
Saytın Google Webmaster qediyyatı
-
Saytın Yandex Webmaster qediyyatı
-
Robots & sitemap faylların yaradılıb yüklənməsi
-
Redirekt 301 - tənzimlənməsi
-
"Meta-tag"-lər üzrə hesabat
-
Sayt kodunun optimizasiyası
-
Tekstlərdə açar sözlərin fəallığı
-
Saytdakı şəkillərin optimizasiyası<
-
Sayt daxili linklərin optimallaşdırılması
Kontekst Reklam
Məsələn sizin "Ayaqqabı" satışı üzərində qurulmuş biznesiniz var və siz yeni alıcılar cəlb etmək fikrindəsiniz. Bu zaman siz (Ayaqqabı satışı) və ya (Keyfiyyətli ayaqqabılar) kimi açar sözləri seçərək, bizim seo xidməti vasitəsi ilə öz biznesinizi Google və Yandex kimi axtarış sistemlərində ilk pillələrə çıxararaq reklam edə bilərsiniz. Reklam fəaliyyəti başladıqdan sonra Azərbaycan və ya dünya üzrə Google/Yandex sistemlərinə daxil olan insanlar -Ayaqqabı satışı- yazdığında sizin web sayt 1-ci səhifədə ilk sıralarda təqdim olunacaqdır. Bu da o deməkdir ki, siz öz produksiyanızı konkret olaraq sizə maraq gostərə biləcək alıcılara çatdırmaq imkanına malik olursunuz.
Bu tip reklam kampaniyasına "Kontekst Reklam" deyilir və statistikalara əsasən 2004/2005-ci ildən bəri ən effektiv reklam tipi hesab edilir. Bu sahədə "Brandycal Digital Agency" təcrübəsi sizin reklam kampaniyalarınızda əsas müsbət məqamlardan biri olacaq. "Kontekts reklam" biznes, alqı-satqı, xidmət, təşkilat, müəssisə, birlik və digər istənilən növ sahələrə tətbiq edilə bilər. Ən əsası isə bu tip kampaniya digər reklam sahələrindən dəfələrlə ucuzdur. Üstünlükləri:
-
Sizin yalnız reklamınıza klik edilən zaman reklam üçün hesabınızdan pul çıxılır
-
Saytın ilk sıralarda olması xərc tələb etmir, əgər yalnız sizin sayta klik edilsə müəyyən məbləğ hesabınızdan çıxılacaq
-
Daha tez və sürətlə tanınmanız
-
Konkret olaraq sizin fəaliyyət sahənizə maraq göstərən insanlarla əlaqənin yaranması
-
Online təkliflər / sifariş / ünvan / telefon qeyd edilməsi
-
Keçidlərin hesablanması və statistika imkanları
"Kontekst Reklam Xidməti" üzrə xərclər, təklif olunan biznesin fəaliyyət növünə görə dəyişir, ətraflı məlumat üçün xahiş olunur elaqə saxlayın.
Diqqət! Arzuladığınız layihə və ya sizi maraqlandıran mövzu barədə çəkinmədən bizə dərhal yazın, ən qısa zamanda sizi maraqlandıran suallara cavab və qiymətlər haqqında ətraflı məlumat veriləcəkdir. Konsultasiya pulsuzdur! ƏLAQƏ!
bottom of page