top of page

Azərbaycanda Yüksək Gəlirli Onlayn Biznes Qurmaq İmkanı


Onlayn sferada elektron kommersiya fəaliyyətinin təşkil edilməsi üzə xidmət göstərən, onlayn layihənin brendləşdirilməsini həyata keçirən və partnyorlarının layihələrini moderasiya edən BRANDYCAL agentliyi - bəzi partnyorlarının gündəlik satış göstəricilərini nümunə olaraq təqdim edir. Aşağıdakı skrinlərdən görə bilərsiniz ki, inkişaf mərhləsindən asılı olaraq fərqli səviyyədə gündəlik onlayn satış edə bilən layihələr var. Məsələn aşağıdakı skrinlərdə - gün ərzində $ 804, $ 3.400$ 4.800 ABŞ dolları səviyyəsində satış edə bilən standart saytların göstəricilərinə baxa bilərsiniz:

Sürətlə inkişaf edən Respublikamızın əhalisinə xidmət etməyə qərar vermiş BRANDYCAL rəqəmsal agentliyi, cəmiyyətimizin onlayn sahibkarlıq ruhunu və bacarıqlarını zənginləşdirmək üçün “AZERBUSINESS” layihəsinə start verir. Uzun illərdir ki, onlayn biznes və elektron kommersiya istiqamətində fəaliyyət göstərən və bir çox onlayn brendlərin yaradıcısı olmaqla yanaşı həm də layihələrin inkişafını həyata keçirdən “Brandycal Digital Agency” professional təcrübəsini ilk dəfə kurs halına gətirərək “AZERBUSINESS” adı altında intensiv biznes təlimləri hazırlayıb.

Artıq 9 ildən çoxdur ki, elektron kommersiya ilə məşğul olan və “Brandycal” agentliyinə rəhbərlik edən Elşad Rael, komandasının seçmə professionalları ilə “AZERBUSINESS” təlimlərini birgə tədris edəcəklər. Təlimlər qısa müddət ərzində onlayn sahibkarlıq və internet üzərindən biznes qurulması üçün zəruri addımlar toplusunu tərkibində cəmləyir. Təlimdə iştirak edəcək olan kursantlar - internet üzərindən az yatırım etməklə böyük biznes qurmaq haqqında bütün incəlikləri sadələşdirilmiş formatda öyrənəcək və təlimi başa vuran zaman sərbəst şəkildə öz biznesini yaradıb idarə etmə biliklərinə yiyələnmiş olacaqdır.

Brandycal agentliyi tərəfindən təşkil edilən AZERBUSINESS təlimlərinin əsas missiyası - Azərbaycan cəmiyyətinə onlayn biznesin bütün qaranlıq tərəflərini işıqlandırmaq və vətənimizə fayda verə biləcək sahibkarların artması üçün təşkil olunacaq biznes təlimlərin həyata keçirilməsindən ibarətdir. Təlimlər Elşad Rael tərəfindən hazırlanıb və xüsusi tərkibə sahib olaraq iştirak edən kursantlara bir neçə dərs ərzində onlayn biznesin qurulmasını ətraflı və sadə şəkildə tədris edir. Təlim sonunda kursant əldə etmiş olduğu biliklər ilə sərbəst şəkildə elektron kommersiya ilə məşğul ola bilmək bacarıqlarına yiyələnir. Təlimi başa vuracaq kursantlar aşağıdakı istiqamətlər üzrə bütün zəruri bacarıqlara sahiblənəcəklər:

  • Satılacaq məhsulun axtarışı və təyin edilməsi metodları

  • Proqramlaşdırma bilikləri olmadan, professional veb sayt yaratmaq bacarığı

  • Məhsulun və ya xidmətin Facebookİnstagram kimi sosial şəbəkələrdə sponsorlu reklamlarının hazırlanması və reklam büdcəsinin idarə edilməsi metodları

  • Ödəniş sistemlərindən istifadə qaydaları

  • Qanuni və zəruri sənədləşmələr

  • Bank hesablarının onlayn layihəyə tətbiq edilməsi

  • Vergi ödənilməsi qaydaları

  • Satış artıran effektiv marketinq metodları və tətbiq edilməsi

! Bu biznes təlimlərinin ən maraqlı cəhəti ondan ibarətdir ki, tədris olunan biznes metodu proqramlaşdırma bilikləri və bacarığı qətiyyən tələb etmir, minlərlə manat xərcləyib elektron kommersiya saytı hazırlanmasına ehtiyyac duymur və ən əsası bu sadalanan amillərə çox yüngül miqdarda aylıq ödəniş etməklə sahiblənə biləcəyinizi öyrədir.

Elşad Rael: “İnsanların əksəriyyəti onlayn biznes fəaliyyəti görmək üçün böyük xərclər tələb edən veb səhifə və bahalı sistemlərin mütləq olduğunu düşünür. Məsələ burasındadır ki, internetin bugün bizə təqdim etdiyi imkanlar həmin o, nəzərdə tutulan və xərc tələb edən professional sistemlərdən aylıq ödəniş edərək istifadə etməyi mümkün edir. Misal olaraq deyim ki, hazırlanması 15.000 AZN tələb edən veb sayt funksiyalarına siz ayda cəmisi 20-30 AZN civarında ödəniş etməklə sahib ola bilərsiniz. Ən əsası isə bu dərhal baş verir və siz vaxt itirmədən layihənizə start vermiş olursunuz.”

Azərbaycan Respublikasının onlayn sahibkarlıq və e-kommersiya biznes növləri üçün böyük bazar olduğunu vurğulayan Elşad Rael və mütəxəssislərdən ibarət kollektivi - ilkin etapda 2 təlim paketi üzrə tədrisi başlayacaqlarını bildirir. Bunlar MASTERINDIVIDUAL paketləri adlanır.


MASTER paketi üzrə təlim 8 dərsdən ibarət olaraq həftədə 3 dəfə keçirilir və hər bir dərs 2-3 saat təşkil edir. 5 nəfərlik qrupdan ibarət kursantlar və 1-3 nəfər təlimçi ilə formalaşır. MASTER təlimi müddətində kursantlar Facebookİnstagram platformalarında professional reklam kampaniyaları yaradılması prosesi üzrə effektiv biliklər öyrənərək hər növ məhsul və ya xidmətin satışını reallaşdıracaq bacarıqlara sahib olurlar.


Diqqət! Təlim real reklam nümunələri, reklam kampaniyaları, həmin reklamlara xərclənmiş və real gəlir əldə edilmiş reklam hesablarının statistik göstəriciləri ilə izahlı formatda həyata keçirilir.


AZERBUSINESS təlimçiləri partnorluq edərək idarə etdikləri veb saytların reklam hesablarından istifadə edərək kursantlara - real satışın onlayn sferadakı incəliklərini və prosedurunu göstərəcəklər. Bu tip format təşkil edən biznes təlimi bir başa kursanta elektron kommersiyanın professional və yüksək gəlir gətirən aspektlərini işıqlandırır. Brandycal agentliyi olaraq partnyorların onlayn bizneslerini idarə edən mütəxəssis marketoloqlar, həmin bizneslərin real statistik məlumatlarını AZERBUSINESS kurslarına daxil edərək, kursantlara elektron biznesin sirrlərini yüksək keyfiyyətli bilik və ekspert təcrübəsi ilə tədris edəcək.


Daha sonrakı etapda kursantlar, proqramlaşdırma biliyi olmadan necə professional veb səhifə yarada biləcəklərini öyrənirlər. Xüsusi veb konstruktorlar vasitəsi ilə istənilən növ veb saytı bir neçə günə yarada bilmə bacarıqlarına sahib olurlar. Növbəti mərhələdə ödəniş sistemlərindən qanuni şəkildə istifadə qaydaları, sənədləşmə, bank hesablarının veb layihəyə qoşulması və vergi sistemi ilə qeydiyyat prosedurları tədris edilir. Sonda isə satışların artmasına bir başa təsir göstərəcək marketinq metodları haqqında biliklər izah edilir. Beləliklə təlimi başa vurmuş şəxs - sərbəst şəkildə veb sayt yarada bilmək bacarığı və həmin saytda istənilən növ məhsul və ya xidməti professional səviyyədə reklam edərək onlayn şəkildə sata bilmək biliklərinə sahib olur.


INDIVIDUAL paketinə yuxarıda izah olunan bütün məqamlar daxildir. Fərq orasındadır ki, təlim qrup şəklində yox - bir başa təlimçinin kursant üzərində xüsusi nəzarəti ilə 12 dərs ərzində həyata keçirilir. Təlimçi kursanta MASTER paketində yer alan bütün bilikləri tədris edir və əlavə olaraq kursantın xüsusi bacarıqları, hobbisi, sevdiyi məşğuliyyətləri və bir neçə digər vacib tərəfləri barədə məlumat toplayır və detallar üzərindən statistik analiz aparır. Əldə etmiş olduğu məlumat toplusunun göstəriciləri ilə təlimçi - xüsusi bir biznes-plan hazırlayır ki, bu da, kursantın potensiyal və super-effektiv biznes növüdür. Həmin individual biznes-plan üzrə isə marketinq strategiyası hazırlanır. Mərhələlər üzrə strateji bölünmüş, bazar analizi və xərclər haqqında izahatla zəngin bir material xüsusi olaraq kursanta təqdim edilir. Qısa sözlə desək - kursant onlayn biznes biliklərini öyrənməklə yanaşı həm də onu böyük ehtimal uğurlu edə biləcək addımları tərkibində cəmləyən biznes-planına sahib olur.


Biznes təlimlərində yerlər məhduddur. Təlimlərin növbəti həftə ərzində başlanması planlaşdırılır. MASTER paketi üzrə cəmi 2 qrup (10 kursant), INDIVIDUAL paketi üzrə isə cəmi 3 nəfər kursant tədris olunacaqdır. MASTER paketi 499 AZN, INDIVIDUAL paketi isə 990 AZN təşkil edir. Ətraflı məlumat və suallarınız üçün xahiş olunur agentliyə telefon zəngi və ya whats-app vasitəsi ilə müraciət edin. Hər bir sualı çəkinmədən ünvanlaya bilərsiniz. Məmnuniyyət ilə cavablandıracayıq. TEL: +994 50 555 15 21 / office@brandycal.com


Brandycal” agentliyi və “AZERBUSINESS” olaraq biliklərimizin odəniləcək məbləğ qarşısında dəfələrlə yüksək qiymətli olduğunu bildirmək istəyirik. Biz uzun illərdir ki, müxtəlif növ onlayn bizneslərin idarə olunması ilə zənginləşmiş təcrübəyə malik bir ailəyik. Məqsədimiz sürətlə inkişaf edən ODLAR YURDU-nun əhalisinə fayda verməkdir. Bu biliklər sizin özünüzə və ən əsası isə vətənimizin gələcəyinə yatırmış olacağınız ən qiymətli investisiyadır. Biz sizinlə təklif etdiyimiz məbləğ müqabilində illər ərzində zənginləşmiş təcrübəmizi məmnuniyyət ilə paylaşmağa hazırıq. Arzu edirik ki, maksimal dərəcədə sizlərə qızıl bilik verib - cəmiyyətimizə faydalı ola biləcək sahibkarlar yetişdirək. Təlimi uğurla başa vuran və bəzi tələblərimizə cavab verən bacarıqlı kursantlara təlim sonrasında komandamız tərkibində iş təklifi edilə bilər. Hər kəsə uğurlar və xoşbəxt həyat arzulayırıq!


Yeni biznes ideyaları və trendləri üçün Youtube kanalımızı izləməyi unutmayın - AZERBUSINESS



307 views0 comments

Comments


bottom of page