top of page
Mobile App - iOS & Android (Mobil tətbiq-etmə)
Mobil tətbiq etmələr insanların həyatında son zamanlar çox mühüm rol oynayan məqamlardan biridir. Bu sfera və aidiyyatı üzrə xidmətlər gündəlik olaraq məşhurlaşır və istifadəçilərin sayı inanılmaz dərəcədə sürətlə artmağa davam edir. Mobil applikasiya əldə etməniz, sizin üçün - yeni imkanlara malik olmanız, fəaliyyətinizin statusunu artırmağınız və əlbətdə ki, satış və digər mühüm cəhətlərə müsbət təsir göstərməniz deməkdir. Professional mütəxəssislərdən ibarət komandamız, sizin arzu etdiyiniz və hər mobil app-ları hazırlamaqdan böyük bir məmnuniyyət hissi duyacaqdır.
Bəzi mobil app növləri :
Korporativ - Bu tip app-lar kampaniya, şirkət, təşkilat və s. fəaliyyət növü haqqında ətraflı məlumat bildirib, müəyyən işləri optimallaşdırma imkanına malikdir. Bu həm işçilərə və yaxud da müştərilərə yönləndirilə biləcək bir vasitədir. Məsələn bank app-ları, işcilər ilə mütamadi əlaqə imkanları, tapşırıq siyahıları, hesabatlar, xidmətlər və s. kimi növləri bura misal aid etmək olar.
Content App - Kontent mobil tətbiqləri adətən kütləvi informasiya vasitələri üçün hazırlanır. Belə app-ların köməyi ilə istifadəçilər xəbər saytları, bloq, texniki dəstək forumlarından və s. istifadə edərək daim yeni məlumatlar əldə edirlər.
Yardımçı - Belə app-ların hazırlanması, əsasən insanların gündəlik ehtiyaclarını və ya istifadə etməsi lazım olan xidmətləri qarşılamaq üçün nəzərdə tutulur. Məsələn qrafik effektlər və şəkillərin dəyişdirilməsi, mətn və yazılar, hava xəbərləri, marşrutların xəritəsi və s.
Mobil Oyun - Əyləncə tipli oyun app-ları insanlar tərəfindən çox bəyənilir və milyonlarla istifadəçiyə sahib olan bir sahədir. Oyun mobil applikasiyalarının əsas gəlir mənbəyi - istifadə zamanı ekranda efirə gedən reklam banerləri və app daxili satışlar hesab olunur.
Əldə edəcəyiniz üstünlüklər
Bir klik və tam təsvir : Bir klik etməklə bütün informasiyanın təqdim edilməsi. Bu məqam bir çox prosesləri ixtisara salır və istifadəçilər işlərini daha rahat yerinə yetirirlər. Veb brauzeri açmaq, sayt adını qeyd etmək, saytın yüklənməsini gözləmək və s. kimi məqamlardan artıq azadsınız.
İnterfeys və dizayn : İstifadəçilər unikal dizayn edilmiş app-lara daha çox maraq göstərir. Ekrana toxunmaqla müəyyən prosedurların yerinə yetirilməsi insanlarda psixoloji olaraq məmnuniyyətlik hissi oyadır. Bu vasitə ilə siz xidmət və ya satış göstəricilərinizi artırmaq şansı əldə edirsiniz.
İnteraktivlik : Mobil app-lar insanların demek olar ki, hər bir işində lazım ola biləcək bir vasitədir. Kamera, GPS, oyun səhnələri, dinamik servislər, KİV, sifariş, sual-cavab, mağaza və s. kimi müxtəlif və zəngin imkanlara malik olan bu sahə, darıxdırıcı statik veb saytlardan daha maraqlır.
Yeni auditoriya : Smartfon istifadəçiləri gündəlik olaraq sürətlə artmaqdadır. Artiq mobil telefonların istifadəsində mobil-brauzerlərin imkanlarını mobil tətbiq etmələr tam şəkildə əvəzləyir. İnsanlara hər hansı məhsul və ya xidmət lazım olduqda ilk növbədə app-lara üz tuturlar. Sizində biznesiniz və ya fəaliyyətiniz üzrə mobil aplikasiyanız olduqda yeni müştəri və ya auditoriya yığmağ imkanınız dəfələrlə artır.
Diqqət! Arzuladığınız layihə və ya sizi maraqlandıran mövzu barədə çəkinmədən bizə dərhal yazın, ən qısa zamanda sizi maraqlandıran suallara cavab və qiymətlər haqqında ətraflı məlumat veriləcəkdir. Konsultasiya pulsuzdur! ƏLAQƏ!
bottom of page