top of page

LOGO HAZIRLANMASI

Logotip hazırlanması qəliz və təcrübə tələb edən bir prosesdir. Burada düzgün seçilmiş rənglər ve dəqiq formaların birləşməsindən əldə edilən unikal dizayn logonun təmsil etdiyi fəaliyyətin strateqiyasından xəbər verir. Bu işin professional səviyyədə yerinə yetirilməsi üçün bizə muraciət edə bilərsiniz.

Brandycal Digital Agency - tərəfindən unikal loqo hazırlanması xərcləri - işin həcmi və tipinə görə dəyişə bilər və bu sifariş edilən logonun tərkib hissəsi ilə yanaşı həmdə onun dizayn səviyyəsindən asılıdır. Logo sifarişi edərkən məbləğin 50%-i əvvəlcə, geridə qalan hissəsi isə dizayn prosesi başa çatdıqda ödənilir.

Professional səviyyədə təcrübəyə malik olan qrafik dizaynerlərimiz, sifariş edilən logonu, sizin istəklərinizi nəzərə almaqla 2-3 variyantda hazırlayacaqlar. Burada sizin fəaliyyətinizə uyğun müxtəlif yanaşmalar və individual dizayn incəlikləri yer alacaqdır.

Hazırlanan logo bir neçə formatda təqdim edilir: 

  • Vektor format - bu format ölçüsünün dəyişməsindən asılı olmayaraq keyfiyyətini itirmir və çap işlərində rahat istifadə olunur.

  • JPEG və ya PNG (arxa fonsuz) format - bu tip materiallar veb saytlarda, müxtəlif proqramlarda və ya prezentasiyalarda istifadə edilir. 

  • Ehtiyyac duyulduğu halda yalnız ağ-qara və ya konkret rənglərdən ibarət versiyalarda hazırlana bilər - bu fax və oxşar əməliyyatlarda istifadə üçündür.

Loqo nədir və bu sizin şirkətinizə nə üçün lazımdır?

Logotip sözü: ad, simvol, işarə və ticarət nişanı mənalarını özündə birləşdirir. Bu işarət aid olduğu şirkət və ya individual aktivliyin qrafik səviyyədə təmsilidir. Professional şəkildə hazırlanan logonun bir çox üstünlükləri vardır. O, ilk baxışdan diqqət cəlb etməli, sadə və dərhal yaddaşda qalma effektinə malik olmalıdır. Unikal bir loqo sizin biznesinizə yeni müştərilərin cəlb edilməsinə və markanız üçün sadiqliyin gücləndirilməsinə, həmçinin güvənin artırılmasına kömək edəcəkdir. Çünki günün 24 saatı bu simvol sizin üçün işləyir və şirkətin fərdiliyində mərkəzi yer tutur.

LOGO - sizi simvol və ya şrift halında təmsil edən vizual obrazdır və onun vasitəsi ilə siz fəaliyyətinizi istənilən platformalarda təmsil edə bilərsiniz. Studiyamız bu istiqamətdə sizə mükəmməl səviyyədə xidmət göstərəcəyinə zəmanət verir. Rəsmi və ya fərdi fəaliyyətinizi daha ciddi təmsil etmək zamanıdır.

Əsas olaraq 3 tip logo vardır:

  • İllustrativ-təsvir (şirkətin fəaliyyətini əks etdirən); 

  • Qrafik (qrafika elementləri, özünəməxsus və ya ümumi olaraq, şirkətin fəaliyyətini göstərən); 

  • Mətn (şirkətin fəaliyyətini əks etdirən mətn).

Professional loqotipin 8 əsas komponenti:

  • Davamlı stil

  • Aydın mesaj

  • Cəlbedicilik

  • İzahlılıq

  • Modern imic

  • Sadəlik

  • Yaddaşa həkk olma

  • Rəng və effektlər

Korporativ logotip şirkətin fərdiliyinin əsas parametridir. Onsuz hər hansı bir marka yaradıla bilməz. Bizimlə əməkdaşlığınız sizə modern stildə imicə sahib olmağa və biznesiniz üçün uğurlu bir addım atmağa imkan yaradacaqdır.

Diqqət! Arzuladığınız layihə və ya sizi maraqlandıran mövzu barədə çəkinmədən bizə dərhal yazın, ən qısa zamanda sizi maraqlandıran suallara cavab və qiymətlər haqqında ətraflı məlumat veriləcəkdir. Konsultasiya pulsuzdur! ƏLAQƏ!

bottom of page