e-Commerce (e-Ticarət & Elektron Kommersiya)

Elektron ticarət, kompüter şəbəkələri istifadə edərək həyata keçirilən bütün maliyyə və ticarət əməliyyatlarını və bu əməliyyatların aparılması ilə əlaqəli iş proseslərini əhatə edən iqtisadiyyat sahəsidir.


Bir çox kiçik müəssisə üçün elektron ticarət rəqəmsal marketinq strategiyasının ən vacib hissəsidir və bu təəccüblü deyil. Onlayn məhsullar və ya xidmətlər təklif etməyiniz potensial satş etmək üçün ən optimal secimdir. Buna görədə ağıllı ve xüsusi funksialar ilə zəngin e-ticarət portalına sahib olmaq işiniz üçün mütləqdir.

Elektron ticarətin ənənəvi ticarət fəaliyyətlərinin faydaları

  • Təchizatçılar üçün satış bazarlarının genişləndirilməsi və alıcılar üçün yeni seçimlər.

  • Təchizatçı üçün müştərilərlə fərdi işləmək və müştərilər üçün şəxsən seçilmiş mal və xidmətlər imkanı.

  • Vasitəçi zəncirinin azaldılması və ya aradan qaldırılması, buna uyğun olaraq sürətli iş prosesi.

  • Xərclərin azaldılması - anbarlara sahib olan onlayn mağazalar, satış sahələri - çoxsaylı xidmət işçiləri tələb etmir, reklam xərcləri azalır və nəticədə alıcılar üçün təklif olunan qiymətlər də azalır.

  • Sifarişin icrasına davamlı nəzarət imkanı.

  • Müştəri bazasının təşkili və az yatırımla Brend yaradılması imkanları

  • Yeni iş imkanları.

Elektron ticarət sistemləri tərəfindən həyata keçirilən funksiyalar arasında aşağıdakılar var:

  • sifarişlərin kataloqlara və qiymət siyahılarına uyğun qeydiyyatı (sifarişlər vahid verilənlər bazasında saxlanılır);

  • İnternet tətbiqetmələrinin daxili ofis iş sistemi ilə əlaqəsi;

  • istifadəçilərin profil qeydiyyatı;

  • həm yerli, həm də beynəlxalq (İnternet vasitəsilə) idarəetmə üçün dəstək;

  • müxtəlif kateqoriyalı məhsulların İnternet vasitəsilə satılması imkanı;

  • sifarişlərin standart sxem üzrə işlənməsi (qeydiyyat, çatdırılma, hesabat və maliyyə sənədləri);

  • vergi uçotunun dəqiq aparılması

  • bütün xırclırı tam nəzarət etmək imkanları

  • onlayn ödəmələrin aparılması.

Diqqət! Arzuladığınız layihə və ya sizi maraqlandıran mövzu barədə çəkinmədən bizə dərhal yazın, ən qısa zamanda sizi maraqlandıran suallara cavab və qiymətlər haqqında ətraflı məlumat veriləcəkdir. Konsultasiya pulsuzdur! ƏLAQƏ!