top of page

BRANDING (Brendinq)

"Branding" (Brendinq) sizin xüsusi imicinizdir ki, digərlərindən seçilmək və fərqlənmək üçün əla imkan yaradır. Bizim professional dizayner təcrübəmiz sizin fəaliyyət göstərdiyiniz sahədə bütün incəlikləri analiz edib ən kreativ həlləri üzə çıxararaq modern üsluba yiyələnmənizə imkan yaradacaqdır. Müasir dizayn və ideyalarımızın sizin iri addımlarla irəliləməyiniz üçün ani və müsbət təsir göstərəcəyinə zəmanət veririk. Kompleks dəyişiklik yalnız düşünülmüş məqamlar və simmetrik hesablamalar üzərində formalaşaraq sizin orijinal görünüşünüzü yaradacaq. Brendinq və Xüsüsi Stil xidmətimizə aşağıda qeyd olunanlar daxildir:

  • Müasir tendensiyaların istifadəsi və kreativ qərarlar 

  • Xüsusi rənglərin seçimi və təşkili

  • LOGO hazırlanması 

  • Poliqrafik dizayn 

  • Korporativ məhsulların dizaynı və hazırlanması

  • Rəqəmsal dizayn həlləri (interfeys, UX, UI)

  • Vizit kartın xüsusi dizayn edilməsi

  • Paketləşdirmə üzrə dizan həlləri

  • Brand-book dizaynı və hazırlanması

  • Broşur və kataloqların dizayn edilərək hazırlanması

  • Personal geyiminin dizaynı və sifarişi

  • Nəqliyyat vasitələrinin xarici görünüşünün dizayn edilməsi

  • Marketing tərkibli hədiyyələrin dizaynı (power-bank, kitabça və s.)

Xüsusən sizin üçün dizayn edilmiş çap məhsulları sözün əsl mənasında sizi ətrafa təqdim edən imicinizdir. Bu tip stil yaradılması əlbətdə ki, fəaliyyətinizin kənarda tanınmasına, işçiləriniz arasında korporativ ruhun möhkəmlənməsinə, partnyorlarınızla əlaqədə ciddi münasibətə və əlbətdəki reklamınıza daim effektiv təsir göstərəcək bir incəlikdir. Məsələn korporativ poliqrafiya paketi - kalendar, vizit kart, poster, jurnal, reklam listləri, buklet, xüsusi konvert, broşur, flayer və s. kimi bir çox müxtəlif infoqrafik məhsulları öz tərkibində cəmləyərək sizin fəaliyyət növünüzü daha üstün səviyyə əməkdaşlıqlara yönəldib, xüsusi tərzinizdən xəbər verə bilər.

Brendinq və xüsusi stil hazırlanması etapları

Studiyamız ilə sifarişçi arasında razılaşma və yerinə yetiriləcək əməliyyatların siyahısı tutulur. Sifarişçinin tələbləri və mövqesinə uyğun olaraq gələcək planlar müəyyən ediləcəkdir. Ehtiyyac duyulan hər bir incəlik və addımlar mütləq şəkildə müzakirə edilir və Branding prosesi ümümi olaraq dəyərləndirilir. Məbləğin 50%-i odənilir və iş prosesi professionallardan ibarət komandamız tərəfimizdən icraata götürülür.

Biz bu sahədə hətta sizin büdcəniz məhdud olsa belə, ən optimal şərtlərlə xidmət göstərməyə hazırıq. Biz fəaliyyətinizin inkşaf etməsi üçün ən sərfəli xidmət paketlərini təqdim edə bilərik. Sırf sizə uyğun biznes plan yaradılması və təşkilində, işlərimizdən tam razı qalacağınıza zəmanət veririk. 

 

Kreativ yanaşmalar və qrafik elementlərin hazırlanması

 

Yaradılan hər bir elementin konkret olaraq istifadə ehtiyyacları hesablanır. Bu istiqamətdə professional dizayerlərimizin iş səviyyəsi və təcrübəmiz kifayət qədər yüksəkdir.

Proses əsnasında menecerlərimiz mütamadi olaraq daim sizinlə əlaqədə olacaqlar. İş prosesi zamanı hər bir incəlik tam təhlil edilərək yeni fikirlər və ideyaların formalaşmasında hər iki tərəfin iştirakı mütləq hesab ediləcəkdir. Bizimlə əməkdaşlığınız sizin yalnız uğurlu qərarlarınıza səbəb olacaqdır.

Biz sizin fəaliyyət növünüz haqqında bütün ətraflı məlumatı qeyri adi və göz oxşayan qrafik formalarda təqdim edəcəyik. Dizayn və tərtibatda əsasən sizin müştəriləri cəlb edə biləcək və sizi ilk dəfədən yaddaşlara həkk edəcək aspektlərə üstünlük veriləcəkdir. Ən vacib şərt odur ki, qarşı tərəf sizin haqqınızda lazım olan konkret informasiyaları ilk dəfədən psixoloji sürətdə əldə etsin.

 

Brandbook

Brandbook hazırlanması dəyəri - sırf sifarişin həcmindən asılıdır. Təcrübəli komandamız sizə yüksək səviyyədə xidmət göstərməkdən məmnuniyyət duyacaqdır.

"Brandbook" sizin biznes karyeranızda cox mühüm bir rol oynayan və sizi daha ciddi bir səviyyəyə malik olan təşkilat kimi təmsil edən imkandır. Bu imkan vasitəsi ilə siz istehsal etdiyiniz məhsullar, təklif etdiyiniz xidmətlər, tarixçə, statistik məlumatlar, fəaliyyət prinsipləri və digər məlumatları kompaq şəkildə müxtəlif auditoriyalara çatdıra bilərsiniz.

Diqqət! Arzuladığınız layihə və ya sizi maraqlandıran mövzu barədə çəkinmədən bizə dərhal yazın, ən qısa zamanda sizi maraqlandıran suallara cavab və qiymətlər haqqında ətraflı məlumat veriləcəkdir. Konsultasiya pulsuzdur! ƏLAQƏ!

bottom of page